AZ

Beynəlxalq Astronavtika Federasiyası Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir

Antalya.Trend:

Beynəlxalq Astronavtika Federasiyası Azərbaycanla əməkdaşlığıgenişləndirməyi və qlobal kosmik ictimaiyyəti yenidən Bakıyaqaytarmağı planlaşdırır.

Trend-in Türkiyəyəezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu BeynəlxalqAstronavtika Federasiyasının icraçı direktoru Kristian Fayxtinger VAntalya Diplomatiya Forumu çərçivəsində jurnalistlərə verdiyiaçıqlamada bildirib.

Onun sözlərinə görə, təşkilat Azərbaycanla əməkdaşlığın daha dadərinləşdirilməsi imkanlarını nəzərdən keçirir.

“Biz Azərbaycanla sıx əməkdaşlıq edirik və ümid edirik ki,yenidən ora qayıdaraq gələcəkdə qlobal kosmik ictimaiyyəti bir dahatoplaya biləcəyik”, - deyə o qeyd edib.

Fayxtinger vurğulayıb ki, 2023-cü ildə Bakıda BeynəlxalqAstronavtika Konqresinin keçirilməsi mühüm mərhələ olub.

“Azərbaycan kosmik sektorda çox fəal olub və mənim fikrimcə,Bakıda konqresin keçirilməsindən sonra bu təkan daha da güclənib”,-deyə o əlavə edib.

Onun sözlərinə görə, həmin vaxtdan etibarən tərəflər arasındaəməkdaşlıq möhkəmlənməkdə davam edir.

“Biz Azərbaycanın qlobal kosmik ictimaiyyətə daha da inteqrasiyaolunmasına dəstək olmaq üçün əməkdaşlıq edirik”,- deyə obildirib.

Fayxtinger həmçinin Azərbaycanın kadr potensialının inkişafıistiqamətində gördüyü işlərə diqqət çəkib: “Gənc nəslin cəlbolunması və ruhlandırılması istiqamətində mühüm işlər aparılır.Gəncləri kosmosa və STEM təhsilinə maraq göstərməyə təşviq etməkson dərəcə vacibdir”.

O qeyd edib ki, bu istiqamətdə artıq konkret nəticələrmövcuddur.

“Tələbələr fəal şəkildə konqresimizə öz layihələrini təqdim edirvə onları beynəlxalq ictimaiyyətə nümayiş etdirirlər”, -deyəFayxtinger əlavə edib.

Məqalədə:
Seçilən
35
1
az.trend.az

2Mənbələr