AZ

Bu rayonlarda qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar olundu, tədbir görüldü

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Göygöl, Qəbələ, Qax  və Oğuz rayonlarının inzibati ərazisində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar olunub.


Araşdırma zamanı qanunsuz kömür istehsalı ilə məşğul olan şəxslərin Göygöl rayonu Tülallar kənd sakinləri İlham Məmmədov, Namiq Bağırov, Dəyanət Bayramov, Fuad Məmmədov, Qəbələ rayonu Nic qəsəbə sakini Mancari Aleksey Alyoşi, Qax rayonu Böyük Alatəmir kənd sakini Otaraşvili Levani İlyayeviç və Oğuz rayonu Padar kənd sakini Seymur Mənəfov olduğu müəyyən edilib.
Faktlarla bağlı, adıçəkilən şəxslər barəsində akt və protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb, kömür quyuları isə ləğv edilib.
Seçilən
19
ekologiya.az

1Mənbələr