AZ

ABŞ və İran ortaq məxrəcə gələ biləcəkmi?

ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Bildiyimiz kimi, hazırda ABŞ-İran arasında atəşkəs davam edir. Görüşlərin isə 2-ci raundu keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, 1-ci raund nəticəsiz olmuşdu.

Bəs 2-ci raund keçiriləcək danışıqlar uğurlu ola bilərmi?

Redaktor.az-a açıqlamasında politoloq Sədrəddin Soltan bildirdi ki, İslamabad görüşü, yəni tərəflərin birinci təması zamanı konkret nəticənin əldə edilməməsini müəyyən mənada təbii qarşılamaq olar:

"Müharibədən dərhal sonra danışıqlar masası arxasında əyləşən tərəflər arasında həm psixoloji gərginliyin mövcudluğu, həm də qarşılıqlı iddiaların hələ də qüvvədə qalması birinci raundun nəticəsiz yekunlaşmasını anlaşılan edir. Bununla belə, ikinci görüşün birinci ilə müqayisədə daha səmərəli və faydalı keçəcəyini ehtimal etmək mümkündür. Artıq İran tərəfinin irəli sürdüyü təkliflər istiqamətində müəyyən addımlar atılıb, aprelin 16-17-dən etibarən İsrail ilə Hizbullah və Livan arasında atəşkəs rejimi elan olunub. Eyni zamanda Hörmüz boğazında gərginliyin müəyyən qədər azalması, İran hakimiyyətinin nüvə proqramı ilə bağlı mövqeyində isə müəyyən mülayimləşmə müşahidə edilir. Paralel olaraq, ABŞ-nin İrana qarşı sanksiyaları zəiflətməsi və dondurulmuş bank hesablarının sərbəstləşdirilməsi ilə bağlı xəbərlərin yayılması müsbət siqnallardır".

Müsahibimizin fikrincə, təkcə ikinci raundun keçirilməsi deyil, həm də əldə olunmuş atəşkəsin davamlılığının təmin edilməsi böyük əhəmiyyət kəsb edir:

"Görüşlər zamanı mövqelərin yaxınlaşması vacib amildir və atəşkəs rejimi qorunacağı təqdirdə bu prosesin irəliləyəcəyini düşünmək olar. Nəticəsiz bitən birinci raunddan sonra ikinci raundun keçirilməsi faktı özü-özlüyündə artıq müsbət bir nəticə kimi qiymətləndirilməlidir".

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
1
redaktor.az

2Mənbələr