AZ

Bolqarıstanda 5 ildə 8-ci dəfə seçki

Bolqarıstanda aprelin 19-da növbədənkənar parlament seçkiləri keçiriləcək. Bununla da ölkə son 5 ildə səkkizinci dəfə seçkilər keçirəcək. Siyasi böhranların davam etməsi və hökumətlərin tez-tez dəyişməsi ölkədə seçici yorğunluğunu artırıb.

Anadolu Agentliyi xəbər verir ki, mütəxəssislərin fikrincə, bu seçkidən sonra koalisiya hökumətinin formalaşması gözlənilir. Lakin proqnozlara görə, bir neçə partiyanın parlamentə daxil olacağı ehtimalı da yüksəkdir və bu, hökumət qurulmasını çətinləşdirə bilər.

Siyasətçilər seçici fəallığının artacağını proqnozlaşdırır. Son illərdə seçkilərdə 2,6-2,7 milyon civarında olan seçici iştirakının bu dəfə 3 milyona yaxınlaşa biləcəyi bildirilir. 

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
28
azerbaijan-news.az

1Mənbələr