AZ

Levan Jorjoliani: Dənizaltı kabellərin çəkilməsi Azərbaycanla birlikdə həyata keçirilən layihələrdən biridir

BAKI, 17 aprel. TELEQRAF

Dənizaltı kabellərin çəkilməsi Azərbaycanlı dostlarımızla birlikdə həyata keçirməyə çalışdığımız layihələrdən biridir.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani bildirib.

Beynəlxalq vergi sistemi baxımından beynəlxalq biznes sahəsində həqiqətən də ön sıralardayıq. Bürokratiya da eyni zamanda ölkəmizdə çox sadədir.

Bu, əslində hökumətin xarici birbaşa investorları ölkəyə cəlb etmək məqsədilə həyata keçirdiyi bir proqramdır. Burada güclü bir infrastrukturumuz da var və biz onu daha da möhkəmləndirməyə çalışırıq.

Bu infrastruktur sayəsində ölkəmizin əlaqəliliyini gücləndirmək istəyirik. Çünki yerləşdiyimiz coğrafi mövqe həqiqətən çox önəmlidir və bu istiqamətdə çalışırıq, infrastrukturu gücləndirərək daha böyük layihələri həyata keçirməyə səy göstəririk.

Məsələn, dənizaltı kabellərin çəkilməsi Azərbaycanlı dostlarımızla birlikdə həyata keçirməyə çalışdığımız layihələrdən biridir.

Biz inanırıq ki, yalnız bu cür əməkdaşlıq və birgə fəaliyyət sayəsində uğur əldə etmək mümkündür. Məncə, məhz buna görə son 4 il ərzində bu qədər böyük iqtisadi artım əldə etmişik.

Seçilən
15
1
teleqraf.com

2Mənbələr