İranın Hörmüz boğazını bütün gəmilər üçün açıq elan etməsindən dərhal sonra neft bazarında qiymətlərin kəskin enişi başlayıb.
Musavat.com hərrac məlumatlarına istinadən xəbər verir ki, Brent etalon markalı neftin iyun fyuçerslərinin qiyməti 18 dollardan çox ucuzlaşaraq 87 dolların altına düşüb.
WTI markalı neft isə 14 dollara yaxın ucuzlaşaraq 81 dollar olub.
Beləliklə, martın əvvəlindən neft bazarında siyasi gərginliyin yaratdığı köpük partlayıb.
Hazırda qiymətlərin sürətli enişi davam edir.
Analitiklərə görə, yaxın həftələr ərzində İranla ABŞ arasında davamlı sülh əldə olunarsa, neft qiymətləri 70-75 dollara qədər ucuzlaşa bilər. Lakin bazardakı defisit, Körfəz ölkələrinin enerji obyektlərinə vurulan zərbələr qiymətlərin hələ 1-2 münaqişədən əvvəlki həddə düşməsinə imkan verməyəcək.
Musavat.com