AZ

Premyer Liqa: “Turan Tovuz” “Araz-Naxçıvan”la oyunda vacib qələbə qazanıb

Bakı, 17 aprel, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII tura start verilib.

AZƏRTAC xəbər verir ki, turun açılış oyununda "Turan Tovuz" Sumqayıtda "Araz-Naxçıvan"la qarşılaşıb. Görüş Tovuz təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da Kurban Berdiyevin baş məşqçisi olduğu komanda avrokuboklara vəsiqə uğrunda daha bir önəmli addım atıb. Belə ki, xallarını 55-ə çatdıran “Turan Tovuz” 3-cü pillədəki mövqeyini möhkəmlədib. Qərb təmsilçisi ən yaxın izləyicisi “Zirə”ni 10 xal qabaqlayır. “Araz-Naxçıvan” isə 39 xalla 6-cı sırada qalıb.

Günün ikinci matçında "Neftçi" səfərdə "Zirə"nin qonağı olacaq. "Zirə" İdman Kompleksinin stadionunda keçiriləcək oyun saat 19:30-da start götürəcək.

Qeyd edək ki, XXVIII tura aprelin 19-da yekun vurulacaq.

Seçilən
26
2
azertag.az

5Mənbələr