ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Subay rus qadınlarına süni mayalanma, "özləri üçün" uşaq dünyaya gətirmək və ərsiz uşaq böyütmək qadağan edilməlidir.
“AzPolitika” xəbər verir ki, belə bir bəyanatla Rusiya Dövlət Dumasının Ailə Müdafiəsi Komitəsinin sədri Nina Ostanina çıxış edib.
"Bu, heç cür qadın davranışı deyil. Düşünürəm ki, EKO vasitəsilə uşaq dünyaya gətirmək və onu atasız böyütmək bizim ənələrimizdən uzaqdır”, - deyə o bildirib. Bunun əvəzinə, o, subay qadınların "SVO (Ukrayna müharibəsi-red.) zonasındakı “əsl kişilərə” baxmağı” və "onlarla əlaqə qurmaq üçün fürsətlər axtarmağı” məsləhət görüb.
Ostanina son dörd ildə Rusiyada süni mayalanmaya tələbatın 50% artmasının və "tək analıq" fenomeninin ortaya çıxmasını "cəmiyyətdə dərin bir problem" adlandırıb.
Eyni zamanda, deputat Ukraynaya qarşı müharibənin "reproduktiv yaşda olan kişiləri bu gün həyatlarından ayırdığını" etiraf edib: "Biz başa düşürük ki, əgər uşaq yalnız anası tərəfindən böyüdülürsə, bu, onun sonrakı sosiallaşmasına təsir edəcək. Artıq təhsil müəssisələrində qadınların üstünlük təşkil etdiyi təhsilin təsirlərini görürük".
O, tək valideynli ailələrdə böyüyən uşaqların "iradə və qətiyyət"dən məhrum olduğunu və nəticədə tək valideynli ailə modelini davam etdirdiyini qeyd edib.
Qeyd edək ki, Nina Ostaninanın özünün iki uşağı var. Onlardan biri, Daniil Ostanin, bir neçə il əvvəl iş ortağını öldürüb. Müstəntiqlərin sözlərinə görə, o, ortağına 42 bıçaq zərbəsi vurub. Cinayət borc mübahisəsindən qaynaqlanıb.
“AzPolitika.info”
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.