AZ

MPL:"Araz-Naxçıvan" - "Turan Tovuz" matçında 2 qol var - YENİLƏNİR

Misli Premyer Liqasında XXVIII tur başlayır. 

Fanat.Az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə "Turan Tovuz" səfərdə "Araz-Naxçıvan"ın qonağı olacaq. Sumqayıtda baş tutacaq görüşü Rauf Cabarov idarə edəcək.

Günün mərkəzi oyununda isə "Zirə" ilə "Neftçi" üz-üzə gələcək. Qarşılaşmanın baş hakimi İnqilab Məmmədov olacaq.

Qeyd edək ki, turun qalan oyunları şənbə və bazar günləri keçiriləcək.

Misli Premyer Liqası
XXVIII tur
17 aprel 

"Araz-Naxçıvan" – "Turan Tovuz" 0:2 (ikinci hissə)

Qol: İ.Vadji, 71. J.Santos, 82.
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Şirmamed Mamedov, İslam Məmmədov.
VAR: Fərid Hacıyev, Rəhman İmami.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Sumqayıt. "SOCAR Polymer Arena".

“Araz-Naxçıvan”: 94. Tərlan Əhmədli, 5. Slavik Alxasov, 8. Coşqun Diniyev, 4. Rahil Məmmədov (k), 26. Ömər Buludov, 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 7. Hamidu Keyta, 10. Felipe Santos.
Ehtiyat oyunçular: 12. Kristian Avram, 34. Ürfan Abbasov, 3. Bəxtiyar Həsənalızadə, 14. Ülvi İsgəndərov, 86. İbrahim Piriyev, 6. Patrik Andrade, 11. Ba-Muaka Simakala, 70. Şarl Boli, 19. Bar Kohen.
Baş məşqçi: Andrey Demçenko.
“Turan Tovuz”: 1. Oleq Baklov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev (k), 11. Ayxan Hüseynov, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman, 7. Xorxe Silva, 19. Roberto Olabe, 2. Mark Rene Mampassi.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 29. Filip Ozobiç, 4. Şəhriyar Əliyev, 6. Fərid Yusifli, 99. İbrahima Vadji, 9. Coş Cinnelli, 8. David Tavareş.
Baş məşqçi: Kurban Berdiyev.

19:30. "Zirə" – "Neftçi"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı, Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Zirə İdman Kompleksinin stadionu.

Seçilən
24
11
fanat.az

10Mənbələr