AZ

DİN yanında İctimai Şuranın 2026-2028-ci illər üçün Fəaliyyət Planı qəbul edildi

Aprelin 17-də Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib. İclasda Şuranın iclasının gündəlyi təsdiq olunmuş, ilk olaraq 2026-2028-ci illər üçün Fəaliyyət Planının layihəsi müzakirəyə çıxarılıb.

Redaktor.az-ın məlumatına görə, DİN yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev qeyd edib ki, Şura üzvlərinin təklifləri əsasında Fəaliyyət Planı layihəsi hazırlanıb. O, bildirib ki, qarşıda duran əsas vəzifə Şuranın fəaliyyətini daha da gücləndirməkdir.

“Cəmiyyətlə dövlət arasında əlaqə yalnız dialoqla yox, nəticə ilə ölçülür”, – deyə Ə.Nuriyev vurğulayıb.

Nəzərdə tutulan tədbilər İctimai Şuranın səmərəli və nəticəyönümlü fəaliyyət göstərməsi üçün geniş imkanlar yaradır. Qanunun aliliyi, şəffaflıq, obyektivlik, peşəkarlıq və dövlət–cəmiyyət əməkdaşlığının gücləndirilməsi prinsiplərini əsas götürən Fəaliyyət Planı 8 istiqamət üzrə tədbirləri və təşəbbüsləri müəyyənləşdirir.

Geniş müzakirələrdən sonra Fəaliyyət Planı qəbul edilib.

Həmçinin İctimai Şuranın 5 işçi qrupu – Monitorinq və nəzarət, Şəxsi heyətlə iş, Koordinasiya, Təhlil, Təhsil və gənclərlə iş üzrə işçi qrupları yaradılıb, onların üzvləri seçilib.

Sədr Əliməmməd Nuriyev ölkəmizdə təşkil olunacaq Ümumdünya Şəhərsalma Forumu (WUF 13) ərəfəsində DİN və İctimai Şuranın tərəfdaşlığı ilə “Təhlükəsizlik və şəhərsalmanın müasir çağirişlari” mövzusunda ictimai dinləmənin təşkili planları ilə bağlı məlumat verib, tədbirin məqsədi, formatı və gündəliyi barədə təkliflərini səsləndirib. İctimai dinləmənin keçirilməsi barədə təklif İctimai Şura tərəfindən qəbul edilib.

Cari məsələlərin müzakirəsində İctimai Şuranın sədri Əliməmməd Nuriyev, Şuranın sədr müavini Fərhad Süleymanov, Şuranın katibi İxtiyar Hüseynli, üzvlər İbrahim Zeynalov, Mehriban Zeynalova, Zaur Məmmədov çıxış edərək qarşıdakı dövrdə fəaliyyətin daha da təkmilləşdirilməsi və genişləndirilməsi ilə bağlı təkliflərini bildiriblər.

İctimai Şuranın İclasında Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinin bölmə rəisi Elsevər Həsənov iştirak edib.

2222
Seçilən
10
8
redaktor.az

9Mənbələr