AZ

Yerevanda iş adamının 17 tərəfdarı saxlanıldı

ain.az, Dogru.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistan hüquq-mühafizə orqanları Yerevanda Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin binası yaxınlığında iş adamı Samvel Karapetyanın 17 tərəfdarını saxlayıb.

Doğru.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.

Bildirilir ki, saxlanılan şəxslər ictimai polis bölmələrinə aparılıb. Hadisə Ermənistan Daxili İşlər Nazirliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 182-ci maddəsində nəzərdə tutulan pozuntularla əlaqələndirilib.

Qeyd olunur ki, bundan əvvəl məhkəmə binasının qarşısında iş adamının tərəfdarları ilə polis əməkdaşları arasında qarşıdurma baş verib.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
1
dogru.az

2Mənbələr