Razılaşmanın əsas şərtlərindən biri kimi, İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməsi müqabilində ABŞ-nin dondurulmuş 20 milyard dollar həcmindəki İran vəsaitini sərbəst buraxması nəzərdə tutulur. Bu həftə danışıqlarda müəyyən irəliləyişin olduğu bildirilsə də, tərəflər arasında hələ də ciddi fikir ayrılıqları qalmaqdadır. Belə bir sazişin regionda gərginliyi azaldacağı gözlənilsə də, İranla bağlı sərt xətt tərəfdarlarının kəskin etirazına səbəb ola biləcəyi ehtimal edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31