AZ

Azərbaycanda bərpaolunan enerji mənbələrinin payı genişlənib

2026-cı ilin ilk rübü üzrə  Azərbaycanda elektrik enerjisinin istehsalı 6991 milyon kVt·st təşkil edib. Energetika Nazirliyindən bildirilib ki, bunun 6066 milyon kVt·st-ı İstilik Elektrik Stansiyalarında (İES), 510,5 milyon kVt·st-ı Su Elektrik Stansiyalarında (SES), 414,5 milyon kVt·st-ı isə digər mənbələr hesabına istehsal olunub.

Digər mənbələrdən istehsalın tərkibi belədir: külək elektrik stansiyaları  247,7 milyon kVt·st, günəş elektrik stansiyaları  91,3 milyon  kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodu 75,5 milyon kVt·st. Yanvar-mart aylarında külək elektrik stansiyalarında istehsal ötən ilin müvafiq dövrü ilə müqayisədə 238,2 milyon kVt·st artıb. Ümumilikdə, SES-lər də daxil olmaqla bərpaolunan enerji mənbələrinin istehsalı 925 milyon kVt·st təşkil edib.

Rüb ərzində “Azərenerji” ASC 6076,8 milyon kVt·st elektrik enerjisi istehsal edib, bunun 5 558,6 milyon kVt·st-ı İES, 508,1 milyon kVt·st-ı SES, 10,1 milyon kVt·st-ı isə GES-lərdən əldə olunub. “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında istehsal 7,9 milyon kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 906,3 milyon kVt·st təşkil edib.

Ötən üç ayda elektrik enerjisinin ixracı 142,4 milyon kVt·st, idxalı isə 35,0 milyon kVt·st olub.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

Seçilən
12
10
azerbaijan-news.az

10Mənbələr