AZ

Ekspert: Sualtı elektrik kabeli layihəsi Avropa ilə Cənubi Qafqaz arasında enerji bağlılığını gücləndirəcək

Bakı, 17 aprel, AZƏRTAC

Qara dəniz vasitəsilə sualtı elektrik kabeli layihəsinin həyata keçirilməsi Cənubi Qafqaz ilə Avropa arasında enerji bağlılığının gücləndirilməsi istiqamətində mühüm addım olacaq.

Bunu AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında Bolqarıstanın energetika nazirinin keçmiş müavini Yavor Kuyumciyev söyləyib.

Onun sözlərinə görə, bu layihə Azərbaycan, Gürcüstan, Rumıniya və Bolqarıstanın enerji infrastrukturunun birləşdirilməsini nəzərdə tutur və Avropa bazarlarına elektrik enerjisinin tədarükü üçün yeni imkanlar yaradır. Ekspert hesab edir ki, bu kontekstdə Azərbaycanda bərpaolunan enerji, xüsusilə günəş enerjisi istehsalının inkişafı xüsusi əhəmiyyət kəsb edir.

Yavor Kuyumciyev vurğulayıb ki, Azərbaycanın təbii potensialı ilə Bolqarıstanın energetika sahəsində texnoloji həllərinin birləşdirilməsi uzunmüddətli strateji tərəfdaşlıq üçün əsas yarada bilər. Onun fikrincə, bu cür layihələr təkcə enerji inteqrasiyasına deyil, həm də region ölkələri arasında iqtisadi əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.

Müəllif – Tamilla Məmmədova

Seçilən
11
azertag.az

1Mənbələr