AZ

Renduliç: “Bəhanələrə sığınmaq istəməzdim”

ain.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Azərbaycan Premyer Liqasının I turunun “Sabah” – “Şamaxı” oyunundan (2:2) sonra meydan sahibi komandanın baş məşqçisi Krunoslav Renduliş jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– “Şamaxı”nı bir xal münasibətilə təbrik edirəm. Oyunun taleyini birinci hissədə həll etməli idik. Lakin fasiləyə yaxın qol buraxdıq. İkinci hissədə də rəqib səhvimizdən qol vurdu.

– Tarixə statistika yox, nəticə qalır. Müdafiənin bu qədər boşluq buraxmasının səbəbi nədədir?

– Nəzərə alaq ki, “Makkabi” kimi güclü komandaya qarşı saat oynadıq. Uşaqlar fiziki və psixoloji yorğunluq yaşadı. Belə hallar, istənilən komanda üçün növbəti oyunlarda xal itkiləri normaldır.

– Bu heyət həm avrokuboklar, həm də Premyer Liqa üçün yetərlidirmi?

– Əlbəttə, bəhanələrə sığınmaq istəməzdim. Üç qırmızı vərəqəyə görə oyunu buraxanlar, zədəlilərimiz var idi. Deyə bilərəm ki, bu gün çox şans qazanmayan futbolçular heyətdə var idi. Anidən əsas heyətdən 6-7 oyunçu dəyişmək çətindir. Bu gün üçün çox variantımız yox idi.

– Qarşıda sizi İrlandiyada çətin səfər oyunu gözləyir. Daha sonra isə liqada matça çıxacaqsınız. Mövsümün əvvəlindəki mümkün xal itkiləri daha sonra çətinlik yaratmayacaq?

– Mövsümün hələ başlanğıcıdır. Hər kəs xal itirəcək. Oyundan oyuna yanaşmalıyıq. Sabah nə olacağını bilmirik.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
futbolpress.az

1Mənbələr