AZ

50 manatlıq cərimə baha başa gəldi 51 illik avtomobilini 6 ay sürə bilməyəcək

ain.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

"Moskviç 2140” markalı avtomobillə yol hərəkəti qaydalarını pozan sürücü məhkəməlik olub.

Qaynarinfo-nun məlumatına görə, D.F idarə etdiyi, "BC” dövlət qeydiyyat nişanlı avtomobillə Bakı–Ələt–Qazax–Gürcüstan avtomobil yolunun 336-cı kilometrində qayda pozuntusuna yol verib. Bu səbəbdən onun barəsində inzibati xəta protokolu tərtib olunub və 50 manat məbləğində cərimə tətbiq edilib.

Lakin sürücü cəriməni 3 ay müddətində ödəmədiyi üçün onun haqqında İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə əlavə protokol tərtib olunaraq iş məhkəməyə göndərilib.

Məhkəmənin qərarına əsasən, sürücünün "Moskviç 2140” markalı avtomobili idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılıb.

Həmin avtomobil 1975-ci ildı istehsal olunub.

Əhməd

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
qaynarinfo.az

2Mənbələr