AZ

Əli Əsədov yola salınır:Ciddi proseslərin anonsu?

ain.az bildirir, Bakupost portalına istinadən.

Baş nazir Əli Əsədov haqqında yayılan məlumat qısa müddətdə sensasiyaya çevrilərək ölkə gündəmini faktiki olaraq zəbt edib.

Bakupost.az xəbər verir ki, sözügedən məlumatda Əsədovun adı geniş biznes şəbəkəsi, çoxsaylı mülklər, “Bulvar məsələsi”ndə ittiham olunur. İddiaların ən qalmaqallı hissəsi isə onun bəzi media resurslarından istifadə etməklə ayrı-ayrı məmurlara qarşı məqsədli “gözdənsalma kampaniyası” apardığı barədə deyilənlərdir.

Ekspertlər qeyd edir ki, belə məlumatların bu səviyyədə tirajlanması və rezonans doğurması təsadüfi deyil. Azərbaycanda son illərin praktikasına baxanda belə informasiyalar çox vaxt ciddi qərarların verildiyi ərəfədə ortaya çıxır.

Bu fonda ən çox səslənən sual belədir: baş verənlər sadəcə informasiya qalmaqalıdır, yoxsa daha böyük siyasi prosesin başlanğıcı?

Rəsmi mövqe hələ yoxdur. Amma artıq aydındır ki, məsələ adi iddia səviyyəsindən çıxıb. Ölkə miqyasında müzakirə olunan məmur isə vəzifəsində saxlanılmır.

Elnur, BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
www.bakupost.az

1Mənbələr