Bu ilin birinci rübündə Azərbaycanda 13919,9 ton duru bitki yağı istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,2 faiz çoxdur. Eyni zamanda, kərə yağının istehsalı 5 918,9 ton olub və 8 faiz azalıb.
Dövlt Statistika Komityəsinin məlumatına görə, ölkədə duru bitki yağı ehtiyatı 2810,3 ton, kərə yağı ehtiyatı isə 62,1 ton təşkil edir. Ötən üç ayda marqarin istehsalı isə 52,1faiz azalaraq 6278,2 ton olub.
Ölkəyə 5717,03 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib, Orta qiymət 10,8 manat/kq təşkil edib. Ən çox idxal İran, Belarus, Səudiyyə Ərəbistanı və Ukraynadan həyata keçirilib.
Qida istehsalında da azalma qeydə alınıb: meyvə və tərəvəz şirələri 947,5 min dekalitr, konservlər 38111,6 ton, pendir və kəsmik 12905,8 ton istehsal olunub ki, bu da ötən ilin yanvar-mart ayları ilə müqayisədə azalmadır.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”