AZ

Xocəsəndə “drift şou”: “Mercedes” az qala qaz xəttinə çırpılırdı VİDEO

ain.az, Avtosfer saytına istinadən bildirir.

Paytaxtın Binəqədi rayonu, Xocəsən qəsəbəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü kameraya düşüb.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “İnstagram” ünvanına video göndərərək məlumat verib.

Hadisə aprelin 14-də saat 23:04 radələrində Aprel Zəfəri küçəsində baş verdiyi bildirilir. Kadrlardan aydın olur ki, 10-VL-936 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü avtoxuliqanlıq edib.

Belə ki, sürücü qəfil əl əyləcindən istifadə edərək avtomobili bir neçə dəfə fırladıb və yolda təhlükəli “şou” nümayiş etdirib. Nəticədə nəqliyyat vasitəsi az qala qaz xəttinə çırpılacaq vəziyyətə düşüb. Hadisə zamanı ərazidən keçən digər avtomobillərin hərəkəti məhdudlaşıb, yolda qəza şəraiti yaranıb.

Məlumatı təqdim edən izləyicinin iddiasına görə, sözügedən sürücü bu cür qayda pozuntularını ilk dəfə törətmir. Bildirilir ki, o, dəfələrlə oxşar riskli manevrlərə yol verərək həm özünün, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükə altına atıb.

Nərmin 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
avtosfer.az

1Mənbələr