AZ

Hörmüz boğazı açıldı

Hörmüz boğazı açıldı

İran Hörmüz boğazının atəşkəs dövründə açıq olacağını bəyan edib.

AFN.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi sosial media hesabındakı paylaşımında Livandakı atəşkəsə uyğun olaraq Hörmüz boğazından ticarət gəmilərinin keçidinə icazə verildiyini duyurub.

Əraqçi açıqlamasında Livanla əldə olunan razılaşma çərçivəsində İran İslam Respublikasının Limanlar və Dənizçilik Təşkilatı tərəfindən əvvəlcədən elan edilmiş koordinasiyalı marşrut üzrə bütün ticarət gəmilərinin atəşkəs müddəti ərzində boğazdan tam keçidinin təmin edildiyini bildirib. Qeyd olunan qərarın yalnız atəşkəs dövrü ilə məhdudlaşdığı xüsusi vurğulanıb.

Hörmüz boğazının ticarət gəmiləri üçün tamamilə açıq olması xəbərindən sonra "Brent" markalı neftin bir barelinin qiyməti 8,7 faiz ucuzlaşaraq 90 dollar səviyyəsinə qədər geriləyib.

Seçilən
18
afn.az

1Mənbələr