Antalya.Trend:
Türkiyənin xarici işlər naziri Hakan Fidan davamlı sülhün təminolunması, ədalətli iqtisadi inkişaf və müasir çağırışlara effektivcavab verilməsi üçün qlobal səviyyədə uzlaşdırılmış addımlarınhazırlanmasının vacibliyini bəyan edib.
Trend-in xüsusi müxbirinin verdiyi xəbərə görə,bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan AntalyaDiplomatiya Forumunun açılış mərasimində çıxışı zamanıbildirib.
“Sülh prosesləri onların pozulmasına çalışan qüvvələrin öhdəsinəburaxılmamalıdır. Beynəlxalq ictimaiyyət möhkəm siyasi iradənümayiş etdirməli və bu proseslərin sabotajına yol verməməlidir”,-deyə o vurğulayıb.
Onun sözlərinə görə, qlobal iqtisadi rifahın daha ədalətlibölüşdürülməsinin təmin edilməsi son dərəcə vacibdir. Nazir eynizamanda qeyd edib ki, süni intellektin sürətli inkişafıbərabərsizliyi artıran və struktur işsizliyə səbəb ola bilən yenifaktora çevrilir.
“Bu texnologiyaların bəşəriyyət tərəfindən ümumi razılıqəsasında istifadə olunmasını təmin etmək lazımdır ki, heç birregion kənarda qalmasın”, - deyə Fidan bildirib.
Türkiyənin XİN rəhbəri qlobal təhdidlərə qarşı paralelmübarizənin, ilk növbədə iqlim dəyişikliyi və quraqlıqlamübarizənin vacibliyinə də diqqət çəkib.
“İqlim dəyişikliyi və quraqlıq insan həyatının bütün sahələriniəhatə edən ekzistensial problemə çevrilib. Əgər bu gün bəşəriyyətməsuliyyət və resursların ədalətli bölüşdürülməsi sistemini qurabilməsə, artıq 10 ildən sonra iqlim prosesləri daha az idarəolunanvə xeyli daha dağıdıcı olacaq”,- deyə o vurğulayıb.