AZ

Yaz günəşinin dəri üçün təhlükəli nələrdir? AÇIQLAMA

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaz aylarında günəş şüalarının dəri üçün təhlükəli ola biləcəyi bildirilib. Mütəxəssislərin sözlərinə görə, havanın sərin keçməsi insanlarda yanlış təhlükəsizlik hissi yaradır və bu səbəbdən günəş yanığı riski artır.

Redaktor.az xəbər verir ki, bu barədə terapevt, tibb elmləri üzrə mütəxəssis İrina Volgina məlumat verib. O bildirib ki, qış mövsümündən sonra dəri daha həssas vəziyyətdə olur və yazda ultrabənövşəyi şüaların təsiri daha güclü hiss edilir.

Həkimin sözlərinə görə, yaz aylarında atmosferin qoruyucu təbəqəsi nisbətən zəiflədiyi üçün ultrabənövşəyi şüalar Yer səthinə daha intensiv çatır. Havanın temperaturu aşağı olduğundan insan isti hiss etmir və nəticədə uzun müddət günəş altında qalaraq dəri yanığı ala bilər.

Volgina qeyd edib ki, qışdan sonra melanin səviyyəsinin azalması dərinin təbii müdafiəsini zəiflədir. Bu isə dəri zədələnmələri, erkən qocalma, piqment ləkələri, allergik reaksiyalar, günəş dermatiti, hətta melanoma və bazalioma kimi ciddi xəstəliklərin yaranma riskini artırır.

Mütəxəssis qorunmaq üçün küçəyə çıxmazdan 20 dəqiqə əvvəl açıq nahiyələrə SPF 30+, həssas dərilər üçün isə SPF 50+ günəşdən qoruyucu krem çəkməyi tövsiyə edib. Bundan əlavə, papaq və ya şlyapa taxmaq, çiyinləri örtən geyimlər seçmək, xüsusilə saat 11:00-dan 16:00-dək birbaşa günəş şüaları altında qalmamaq məsləhət görülür.

Həkim əlavə edib ki, yaz günəşi dərini qurudur. Buna görə də çöldən qayıtdıqdan sonra nəmləndirici kremlərdən istifadə etmək faydalıdır.

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
1
redaktor.az

2Mənbələr