AZ

Bakı və Sofiya arasında enerji tərəfdaşlığının genişlənmə potensialı var – Yavor Kuyumciyev

Bakı, 17 aprel, AZƏRTAC

Azərbaycan ilə Bolqarıstan arasında enerji sahəsində əməkdaşlıq yaxın 5–10 il ərzində daha da genişlənmək potensialına malikdir.

Bunu AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında Bolqarıstanın energetika nazirinin sabiq müavini Yavor Kuyumciyev söyləyib.

Onun sözlərinə görə, təbii qaz tədarükünün həcmləri ilə bağlı müəyyən məhdudiyyətlərə baxmayaraq, Azərbaycan mühüm və etibarlı enerji tərəfdaşı olaraq qalır.

Ekspert hesab edir ki, əməkdaşlığın əlavə istiqamətlərindən biri bərpaolunan enerji mənbələrinin inkişafı və elektroenergetika sahəsində əməkdaşlığın genişləndirilməsi ola bilər.

O vurğulayıb ki, Bolqarıstan elektroenerjinin saxlanması və balanslaşdırılması sahəsində, o cümlədən gücü 10 min MVt-dan artıq olan batareya sistemlərinin inkişafı və Günəş enerjisinin genişmiqyaslı inkişafı üzrə böyük potensiala malikdir. Kuyumciyevin qiymətləndirməsinə görə, bu, Azərbaycanla birgə layihələrin həyata keçirilməsinə geniş imkanlar açır.

Müəllif – Tamilla Məmmədova

Seçilən
24
azertag.az

1Mənbələr