AZ

Hörmüzün blokadası qlobal tənəzzülə səbəb olacaq

Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Türkiyə ABŞ və İran arasında münaqişənin uzunmüddətli həlli ilə bağlı tez bir zamanda razılaşma əldə olunacağına ümid edir, çünki münaqişənin uzanması qlobal tənəzzülə səbəb ola bilər.

Axar.az xəbər verir ki, bunu Türkiyənin energetika naziri Alparslan Bayraqdar deyib.

“Danışıqlarda irəliləyişin olmaması ciddi iqtisadi risklər yaradır”, - o bildirib.

Bayraqdarın sözlərinə görə, Türkiyə özü hazırda enerji təhlükəsizliyi ilə bağlı problem yaşamır:

“Ölkənin idxal etdiyi neftin təxminən 10%-i Hörmüzdən keçir, lakin vəziyyət nəzarət altında qalır”.

Qeyd edək ki, bazar ertəsindən ABŞ-ın Hörmüz boğazında İran gəmilərinə qarşı blokadası qüvvəyə minib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
axar.az

1Mənbələr