AZ

"Bəzən "haqq etmək" yetərli olmur" - "Portu"nun baş məşqçisi

UEFA Avropa Liqasının 1/4 finalının cavab oyunları çərçivəsində dünən səfərdə "Nottingem Forest"ə 0:1 hesabı ilə uduzaraq (ilk görüş - 1:1) mübarizəni dayandıran "Portu"nun baş məşqçisi Françesko Farioli fikirlərini bölüşüb.

Fanat.Az "TNT Sports"a istinadən xəbər verir ki, o, belə danışıb: 

"İlk 3 dəqiqədə birinci görüşdəki kimi əla qol epizodumuz olsa da, fürsəti dəyərləndirə bilmədik. Qırmızı vərəqədən sonra (Yan Bednarek 8-ci dəqiqədə qovulub - red.) dəyişikliklər etməli olduq. Əvəzləmələrlə yanaşı, taktiki dəyişiklik də qaçılmaz idi. 

Komandamızın reaksiyası fantastik alındı. İki oyundan sonra hansı tərəfin qələbəni haqq etdiyini müəyyənləşdirmək mümkündür. Amma bəzən "haqq etmək" yetərli olmur. Qol vurmaq lazım idi, amma bunu bacarmadıq. Xüsusilə, "Draqau"da".

Toğrul  

Seçilən
6
1
fanat.az

2Mənbələr