AZ

“ABŞ başqa ölkələrin problemlərini yalnız zərurət yarananda həll edəcək” Səfir

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Vaşinqton yalnız zərurət yarandıqda dünyanın müxtəlif bölgələrində geosiyasi hadisələrə təsir göstərəcək.

Bizimyol.info xəbər verir ki, bunu ABŞ-ın Türkiyədəki səfiri və ABŞ Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak açıqlayıb.

“Gəlin, regionlar öz problemlərini özü həll etsin. Biz yalnız lazım olanda müdaxilə edəcəyik. Bildiyiniz kimi, mənim rəhbərim - ABŞ Prezidenti Donald Tramp lazım bildiyi məqamda müdaxilə edərək təsir göstərir”, - deyə diplomat mətbuata müsahibəsində qeyd edib.

Barrak əlavə edib ki, Ağ Evin bu yanaşması “diplomatik bərabərlik” və “güc və rifah vasitəsilə sülh” konsepsiyasına uyğundur. Onun fikrincə, köhnə təhlükəsizlik modeli dəyişir, dünya “yenidən qurulur” və hər region əvvəlcə öz çətinliklərini həll etməyə çalışdığı bir nizam tərəfində irəliləyir.

Səfir hesab edir ki, dünyanın müxtəlif hissələrində problemlərin həllinə ABŞ-ın “Amerika hər şeydən öncə” ideologiyası töhfə verir, çünki digər ölkələr də eyni şəkildə öz dövlətlərini hər şeydən üstün tutmalıdır. “Hər kəs öz məsuliyyətini özü daşımalıdır”, – deyə diplomat bildirib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
bizimyol.info

1Mənbələr