AZ

Bu gün dünya eyni vaxtda həm güc böhranı, həm də sabitlik böhranı yaşayır - Ərdoğan

Antalya. Trend:

Müasir dünya təkcə qüvvələr balansının dəyişməsi ilə deyil, həmdə beynəlxalq sistemin, o cümlədən onun mənəvi və ekzistensialölçülərini ehtiva edən dərin böhranla üz-üzədir.

Trend-in xüsusimüxbiri xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb TayyipƏrdoğan V Antalya Diplomatiya Forumunun açılış mərasimindəbildirib.

Ərdoğan qeyd edib ki, qlobal güc bölgüsü dəyişir, yeni oyunçularmeydana çıxır, rəqabət güclənir və ziddiyyətlər dərinləşir. Lakinonun sözlərinə görə, bu proseslər beynəlxalq sistemin üzləşdiyidaha dərin böhran faktını aradan qaldırmır.

“Bu gün dünya eyni vaxtda həm güc böhranı, həm də sabitlikböhranı yaşayır”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

O bildirib ki, “qaydalara əsaslanan” kimi qələmə verilən mövcudsistem praktikada bu qaydaların pozulduğu hallarda susur, insanhüquqlarının və qlobal təhlükəsizliyin qorunmasına cavabdehmexanizmlər isə ciddi pozuntular qarşısında ya səmərəsiz, ya dalaqeyd qalır.

Ərdoğanın sözlərinə görə, əsas problem “seçmə ədalət”,prinsiplərin alətə çevrilməsi və güc məntiqinə tabe edilmişdəyərlər sistemidir.

“Beləliklə, qlobal sistemin üzləşdiyi böhran mahiyyət etibariləmənəvi və ekzistensial böhrandır”, -deyə Türkiyə Prezidentibildirib.

Məqalədə:
Seçilən
12
1
az.trend.az

2Mənbələr