AZ

U-19 gürcülərlə də bacarmadı

19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. 

Fanat.Az xəbər verir ki, Həbib Ağayevin baş məşqçisi olduğu kollektiv Gürcüstan yığması ilə qarşılaşıb. 

Təmsilçimiz keçirdiyi üçüncü oyunda da böyük hesablı məğlubiyyətlə üzləşib. 

Xorvatiyanın Luçko şəhərində təşkil olunan görüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisinin yeganə qoluna 5-ci dəqiqədə penaltidən Xanım Əsədova imza atıb. Oyuna əlavə olunmuş dəqiqələrdə Aysu Əsədova qırmızı vərəqə alıb.

Xatırladaq ki, U-19 daha əvvəl Xorvatiyaya 0:6, Çexiyaya 0:9 hesabı ilə uduzub.

Seçilən
16
fanat.az

1Mənbələr