AZ

Azərbaycan və Koreya arasında rəqəmsal maliyyə idarəçiliyi üzrə əməkdaşlıq genişlənir

Bakı. Trend:

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndə heyəti12-17 aprel tarixlərində Koreya Respublikasının Seul şəhərindəişgüzar səfərdə olub.

Trendnazirliyə istinadən xəbər verir ki, səfər çərçivəsində dövlətmaliyyəsinin rəqəmsal idarə olunması sahəsində beynəlxalqtəcrübənin öyrənilməsi və qabaqcıl texnoloji həllərin tətbiqiməqsədilə seminar və təlimlər keçirilib.

Tədbir çərçivəsində İnteqrasiya olunmuş Maliyyə İdarəetməSistemləri (IFMIS) üzrə texniki potensialın artırılması, müasirrəqəmsal xəzinədarlıq həllərinin öyrənilməsi, qabaqcıl “dBrain+”platformasının funksional imkanları və texniki məsləhətlayihələrinin hazırlanması məsələləri müzakirə edilib. Eynizamanda, dövlət maliyyə nəzarəti və xəzinədarlıq proseslərininrəqəmsallaşdırılması üzrə beynəlxalq təcrübə və innovativ texnolojiyanaşmaların tətbiqi istiqamətində fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, iki ölkə arasında dövlət maliyyəsinin rəqəmsalidarə olunması üzrə əməkdaşlıq çərçivəsində Koreyanın dəstəyi iləcari il ərzində Azərbaycanda yeni nəsil xəzinədarlıq informasiyasisteminin yaradılması, eləcə də maliyyə nəzarəti xidmətininrəqəmsallaşdırılması məqsədilə “e-Nəzarət” informasiya sisteminintətbiqi istiqamətində məsləhətçi dəstəyinin göstərilməsi nəzərdətutulur. Sözügedən təşəbbüslər dövlət maliyyəsinin idarəolunmasında şəffaflığın artırılması, nəzarət mexanizmləriningücləndirilməsi və operativ qərar qəbuletmə imkanlarınıngenişləndirilməsinə xidmət edir.

Maliyyə Nazirliyi tərəfindən həyata keçirilən bu təşəbbüs dövlətmaliyyəsinin idarə olunması sisteminin müasirləşdirilməsi, rəqəmsaltransformasiyanın sürətləndirilməsi və institusional potensialıngücləndirilməsi istiqamətində mühüm addım kimiqiymətləndirilir.

Məqalədə:
Seçilən
8
4
az.trend.az

5Mənbələr