AZ

Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib - FOTOLAR

Aprelin 17-də elm və təhsil naziri Emin Əmrullayev Qusar şəhərində vətəndaş qəbulu keçirib.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbulda Qusar, Quba və Xaçmaz sakinləri iştirak ediblər: "Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib".

"Cebheinfo.az"

Seçilən
4
5
cebheinfo.az

6Mənbələr