İran ABŞ ilə müvəqqəti atəşkəs və ya qısamüddətli razılaşmaları qəbul etmədiyini bəyan edib.
Redaktor.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Səid Xətibzadə açıqlama verib. O bildirib ki, Tehran müvəqqəti atəşkəs formatını düzgün hesab etmir.
“Biz heç bir müvəqqəti atəşkəsi qəbul etmirik. Çünki bu, diplomatik resursları tükəndirən və sonradan yenidən müharibəyə qaytaran qüsurlu dövrdür”, - deyə Xətibzadə vurğulayıb.
Onun sözlərinə görə, ABŞ ilə davam edən təmaslar da məhz uzunmüddətli və dayanıqlı həllə nail olmaq məqsədi daşıyır.
NURİYYƏ