AZ

ABL: Abşeron Lions yarımfinala səfər qələbəsi ilə yüksəldi

Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Abşeron Lions" Azərbaycan Basketbol Liqasının (ABL) yarımfinalına yüksəlib.

Fanat.Az xəbər verir ki, sözügedən kollektiv 1/4 final mərhələsinin bu gün baş tutan ikinci oyununda "Şəki"ni səfərdə 105:94 hesabı ilə üstələyərək istəyinə çatıb.

Tərəflərin ilk dueli də "Abşeron Lions"un qələbəsi ilə yekunlaşmışdı - 109:78.

Günün ikinci matçında "Sabah" "Naxçıvan" ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu qarşılaşma Bakı İdman Sarayında reallaşacaq. Görüşün start fiti saat 19:00-da səslənəcək. "Sabah" birinci matçdan qalib ayrılıb - 106:74.

Xatırladaq ki, ötən gün "Gəncə" "Ordu"nu 85:78 (ilk oyun - 106:108) "Neftçi" NTD-ni 119:99 (ilk oyun - 94:97) hesabı ilə yenib.

Bu cütlərdə üçüncü qarşılaşma baş tutacaq. Reqlamentə əsasən, 1/4 finalda iki qələbə qazanan komanda növbəti mərhələyə adlayacaq.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
1
fanat.az

10Mənbələr