AZ

Fransa Hömüz sammitinə Rütte və fon der Lyayeni dəvət etməyib

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Fransa Hömüz Boğazının açılması ilə bağlı sammitə NATO-nun baş katibi Mark Rütte və Avropa Komissiyasının sədri Ursula fon der Lyayeni dəvət etməyib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti üç mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, Paris Londonun təqdim etdiyi dəvət siyahısından onların adlarını iki dəfə çıxarıb və bu tədbirin yalnız dövlət və hökumət başçıları səviyyəsində iştirak nəzərdə tutduğunu bildirib.

Rəsmi məlumatlara görə, konfransda ümumilikdə təxminən 40 ölkə iştirak edəcək. Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniya Baş naziri Kir Starmer və və İtaliya hökumətinin rəhbəri Corcya Meloni, həmçinin Almaniya Kansleri Fridrix Merts Parisdə şəxsən görüşməlidir, digər liderlər isə videobağlantı vasitəsilə müzakirələrə qoşulacaqlar.

Qəzet həmçinin qeyd edir ki, ABŞ administrasiyasının nümayəndələri iştirakçılar siyahısında yoxdur, lakin görüşdən sonra Avropa liderlərinin ABŞ Prezidenti Donald Trampı sammitin nəticələri barədə məlumatlandırması mümkündür. Məqalədə anonim mənbəyə istinadən: “ABŞ danışıqlarda iştirak etməyəcək, amma Starmer və Makron görüşdən sonra prezidentə məlumat verəcək ki, onu hadisələrdən xəbərdar etsinlər”, - deyə qeyd edilir.

28 fevral tarixində ABŞ və İsrail İranla müharibəyə başlayıb. Hücumlar İranın ən böyük şəhərlərinə, o cümlədən Tehrana yönəldilib. İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı əməliyyat keçirdiyini açıqlayıb. İran hakimiyyəti həmçinin Hömüz Boğazını ABŞ, İsrail və İslam Respublikasına qarşı aqressiyanı dəstəkləyən ölkələrin gəmiləri üçün bağlayıb.

ABŞ Prezidenti Donald Tramp aprelin 7-də İranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib. 11 apreldə İran və ABŞ Pakistanın paytaxtı İslamabadda bir neçə danışıqlar mərhələsi keçirib. Hər iki tərəf sonradan bildirib ki, bir sıra ziddiyyətlər səbəbindən uzunmüddətli sülh sazişi əldə etmək mümkün olmayıb. Yeni danışıqlar turunun keçirilib-keçirilməyəcəyi hələ məlum deyil. 13 apreldən etibarən ABŞ İran ətrafında dəniz blokadası tətbiq edib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
bizimyol.info

1Mənbələr