AZ

Neftin qiyməti Yaxın Şərqdə atəşkəs ümidi ilə ucuzlaşıb

Neftin qiyməti Yaxın Şərqdə atəşkəs ümidi ilə ucuzlaşıb

Asiya bazarlarının açılması ilə birlikdə İsrail və Livan arasındakı atəşkəs danışıqlarının regiondakı münaqişələrə son qoya biləcəyinə dair yaranan nikbinlik neft qiymətlərinin düşməsinə səbəb olub.

AFN.az xəbər verir ki, "Brent" markalı neftin fyuçersləri GMT 00:21 radələrində 1 faizdən çox dəyər itirərək bir barel üçün 98,05 dollara geriləyib.

Eyni şəkildə, ABŞ xam neftinin qiymətləri də bir barel üçün 94 dollardan aşağı düşüb. Mart ayındakı rekord artımdan sonra azalma tendensiyası davam edir. İranla yaşanan gərginlik səbəbindən martda 50 faiz artaraq rekord vuran neft qiymətləri, son dövrdə bir barel üçün 100 dollardan aşağı enib və həftə ərzində 90 dollar səviyyələrində qərarlaşıb.

İnvestorlar hazırda ABŞ rəsmilərinin bu həftəsonu Pakistanda iranlı həmkarları ilə bir araya gələ biləcəyinə dair açıqlamalara diqqət yetiriblər. Bazarlardakı bu diplomatik hərəkətlilik tədarük təhlükəsizliyi ilə bağlı narahatlıqların azalmasında mühüm rol oynayıb.

Seçilən
18
afn.az

1Mənbələr