AZ

Zamin Əliyev mərkəz müdiri təyin olundu

Yenisabah portalından alınan məlumata görə, ain.az xəbər verir.

Naxçıvan Dövlət Universitetində (NDU) yeni təyinat olub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə ali məktəb məlumat yayıb.

Bildirilib ki, NDU-nun Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Zamin Əliyev Tədris Resurs Mərkəzinin müdiri vəzifəsinə gətirilib.

Qeyd edək ki, Zamin Əliyev 1 yanvar 1988-ci ildə Şərur rayonunun Dərə kəndində anadan olub. 2006-cı ildə həmin kənd tam orta məktəbini bitirib və elə həmin il Naxçıvan Universitetinin Tarix və ictimaiyyət ixtisasına qəbul olunub. 2010-cu ildə universiteti fərqlənmə ilə başa vurub.

2015-ci ildən etibarən Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasında müəllim kimi fəaliyyətini davam etdirir. 2017–2022-ci illərdə universitetin Doktorantura mərkəzində dissertant kimi təhsil alıb və 2022-ci ildə “XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanın Naxçıvan və İrəvan bölgələrinə ermənilərin ərazi iddiaları” mövzusunda dissertasiya müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Eyni zamanda, 2022-ci ildən YAP Universitet Şəhərciyi Ərazi İlk Təşkilatının sədr müavini vəzifəsində çalışıb.

Aytac Əliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
yenisabah.az

2Mənbələr