AZ

Azərbaycan millisi seçmə mərhələdə çıxışını başa vurub

Bakı, 17 aprel, AZƏRTAC

19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində üçüncü oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, Həbib Ağayevin rəhbərlik etdiyi kollektiv Gürcüstan yığması ilə qarşılaşıb.

Xorvatiyanın Luçko şəhərində keçirilən matç rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da millimiz seçmə mərhələdə çıxışını başa vurub.

Qeyd edək ki, Azərbaycan yığması qrupda keçirdiyi əvvəlki görüşlərdə Xorvatiyaya 0:6, Çexiyaya 0:9 hesabı ilə məğlub olub

Seçilən
20
azertag.az

1Mənbələr