Antalya. Trend:
İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycanla birgə regionalenerji bazarı sahəsində layihələrə başlayır.
Bunu İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi ƏsədMəcid Xan Antalya Diplomatiya Forumu çərçivəsində Trend-in xüsusi müxbirinəaçıqlamasında bildirib.
Onun sözlərinə görə, təşkilat artıq regional enerjitəşəbbüslərinin inkişafı istiqamətində Azərbaycanla praktiki işaparır.
“Biz həm İƏT-in Təmiz Enerji Mərkəzi vasitəsilə, həm dəEnergetika Nazirliyi ilə birlikdə regional enerji bazarı təşəbbüsüüzərində sıx əməkdaşlıq edirik”, – deyə o bildirib.
Əsəd Məcid Xan qeyd edib ki, bu iş region ölkələri arasındaenerji sahəsində konkret əməkdaşlıq mexanizmlərinin inkişafınayönəlib.
“Biz bu istiqamətdə Azərbaycanla birgə çalışırıq”, – deyə oəlavə edib.
Baş katib vurğulayıb ki, əməkdaşlıq həmçinin İƏT-inAzərbaycandakı yeni institusional layihələrini də ehtiva edir.
“Azərbaycan İƏT-in iki yeni institutuna - Təmiz EnerjiMərkəzinə, eləcə də jurnal nəşr edəcək, həmçinin məlumatlaraəsaslanan tədqiqatları dəstəkləyəcək Tədqiqat Mərkəzinə evsahibliyi edəcək”, – deyə Əsad Məcid Xan qeyd edib.
Onun sözlərinə görə, təşkilat artıq COP29 çərçivəsində bir sıratəşəbbüslərə start verib.
“COP29 zamanı tədbir çərçivəsində biz "Rescue"— İƏT-in dairəviiqtisadiyyat təşəbbüsünü işə saldıq”, – deyə o bildirib.
Baş katib vurğulayıb ki, gələcəkdə regional əlaqəliliyinəhəmiyyəti artacaq.
“Coğrafi yaxınlıq bu gün ticarət, nəqliyyat inteqrasiyası vəenerji təchizatının təhlükəsizliyi baxımından getdikcə daha böyükəhəmiyyət kəsb edir”, – deyə Əsəd Məcid Xan əlavə edib.
O həmçinin bildirib ki, İƏT Bakıda turizm nazirlərinin iclasınıkeçirəcək və Şuşa şəhərini 2026-cı il üçün təşkilatın turizmpaytaxtı elan edəcək.