AZ

Baku Medical Plazada ürək-damar xəstəliklərinin müalicəsində yenilik

2011-ci ildən vətəndaşların sağlamlığının keşiyində duran Baku Medical Plaza klinikalar şəbəkəsi yüksək tibbi xidmətləri ilə ölkənin nüfuzlu və etibarlı səhiyyə ocaqlarından birinə çevrilib. Şəbəkə 15 il ərzində bir sıra unikal əməliyyatlarda ilkə imza atmaqla illərin təcrübəsinə əsaslanan peşəkar həkim komandalarının formalaşmasına və müasir texnologiyaların ölkəyə gətirilməsində də mühüm rol oynayıb. Klinikanın Mərkəz filialı 2013-cü ildən fəaliyyət göstərir. Burada 27 ixtisaslaşmış şöbədə peşəkar həkim heyəti tərəfindən yüksək səviyyədə tibbi xidmətlər göstərilir. Tibb müəssisəsində quraşdırılan yeni nəsil MRT, KT, Angio və digər cihazlar müxtəlif xəstəliklərin daha dəqiq və operativ şəkildə aşkarlanmasına imkan yaradır.

Hazırda Mərkəz filialında dünyada ən ciddi sağlamlıq problemlərindən biri hesab olunan ürək-damar xəstəliklərinin erkən diaqnostika və müalicəsi sahəsində geniş imkanlar təqdim edilir. Klinikanın Kardiologiya şöbəsində yüksək ixtisaslı mütəxəssislər tərəfindən ürək-damar xəstəliklərinin aşkarlanması və qiymətləndirilməsi üçün geniş spektrli müayinələr həyata keçirilir. Bu xidmətlərə ürək ritm pozğunluqlarının müəyyən edilməsi üçün elektrokardioqrafiya (EKQ), ürəyin quruluş və funksional vəziyyətinin dəyərləndirilməsi üçün exokardioqrafiya (Transtorakal EXO, TEE), gizli işemiyanın aşkarlanması məqsədilə tredmil testi, həmçinin ürək ritminin və arterial təzyiqin sutkalıq monitorinqi daxildir. Ürək damarlarının vəziyyətinin dəqiq qiymətləndirilməsi üçün isə “qızıl standart” hesab olunan koronar angioqrafiya müayinəsi icra edilir.

Bundan əlavə, Mərkəz filialında ürək-damar xəstəliklərinin müayinə və müalicəsi İcbari Tibbi Sığorta çərçivəsində də mümkündür. Pasiyentlər klinikada koronar angioqrafiya, ürək damarlarına stent yerləşdirilməsi, ürəkdaxili cihazların implantasiyası, açıq ürək əməliyyatları, eləcə də periferik damarların angioqrafiyası və angioplastikası kimi xidmətlərdən yararlana bilirlər.
Baku Medikal Plaza – Sağlamlığa doğan günəş.

Əlaqə: +994 55 455 86 08
BMP Mərkəz filialı, R.Behbudov, 389

Seçilən
8
musavat.com

1Mənbələr