AZ

Şəxsiyyət vəsiqəsi ilə bağlı CİDDİ XƏBƏRDARLIQ: Yalnız bu hallarda alına bilər!

Şəxsiyyət vəsiqəsi vətəndaşın kimliyini təsdiq edən əsas sənəddir və onun girov kimi saxlanılması praktikası gündəlik həyatda bəzən rast gəlinən, lakin hüquqi baxımdan mübahisəli məsələlərdən biridir. Xüsusilə bəzi iş yerlərində, kirayə münasibətlərində və ya borc münasibətlərində şəxsiyyət vəsiqəsinin “təminat” kimi götürülməsi halları müşahidə olunur. Bu isə vətəndaşın sərbəst hərəkət və hüquqlarının məhdudlaşdırılması riski yarada bilər.

Bəs vətəndaşın şəxsiyyət vəsiqəsinin girov kimi götürülməsi hansı hallarda qanuni sayılır və ümumilikdə bu praktika qanunvericilikdə necə tənzimlənir?
Bu barədə Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev Patrul.az-a açıqlamasında bildirib ki, şəxsiyyət vəsiqəsi yalnız qanunla nəzərdə tutulmuş hallarda müvəqqəti alınıb saxlanıla bilər:
“Şəxsiyyət vəsiqəsinin vətəndaşdan müvəqqəti alınması halları “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanununun 6-cı maddəsinə əsasən tənzimlənir.
Vətəndaş müddətli həqiqi hərbi xidmətə çağırıldıqda müvafiq icra hakimiyyəti orqanı, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə daxil olduqda isə həmin müəssisənin müdiriyyəti çağırışçının (kursantın) şəxsiyyət vəsiqəsini müvəqqəti alaraq hərbi xidmət başa çatanadək saxlamaq və sonra sahibinə qaytarmaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir”.
media-inshot_20260417_142423570
Vəkil qeyd edir ki, şəxsiyyət vəsiqəsi yalnız həbs və ya məhkumluq hallarında müvəqqəti alınıb saxlanılır və səbəb aradan qalxdıqda qaytarılır:
“Barəsində həbs, ev dustaqlığı və ya girov qətimkan tədbirləri seçilmiş, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş, qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilmiş şəxslərdən şəxsiyyət vəsiqəsi təhqiqat, ibtidai istintaq, məhkəmə orqanları və cəzanı icra edən orqanlar və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsi tərəfindən müvəqqəti alınır və həmin şəxs haqqında iş üzrə icraata və ya şəxsi işə əlavə edilir. Göstərilən əsaslar aradan qalxdıqda şəxsiyyət vəsiqəsi dərhal sahibinə və ya onun qanuni nümayəndəsinə, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsə qaytarılır”.
Seçilən
22
yenilik.az

1Mənbələr