AZ

"Bu 1 xal mövsümün sonunda bizə üstünlük verəcək" - Röyal Nəcəfov

1-ci Liqanın 22-ci turu çərçivəsində dünən lider "Şəfa"nı qəbul edən "Baku Sportinq" 0:0 hesablı heç-heçə etsə də, paralel keçirilən matçda "Mingəçevir" "Difai"ni yendiyi üçün (2:1) ikinci pillədəki yerini "işıqçılar"a verdi. Buzovna komandasının məşqçisi Röyal Nəcəfov ilə əlaqə saxlayıb oyunu dəyərləndirməsini istədik. 

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Məncə, 1 xal qazanmadıq, 2 xal itirdik. Hər iki hissədə rəqibdən üstün oynadığımızı düşünürəm. Real qol epizodları yaratsaq da, ələ düşən fürsətlərdən yararlana bilmədik. Digər tərəfdən, düşünürəm ki, bu 1 xal mövsümün sonunda bizə üstünlük verəcək".

Hazırda 1-ci Liqanın turnir cədvəlində zirvədə mövqe tutan "Şəfa"nın 49 xalı var. "Mingəçevir" 42 xalla 2-ci, "Baku Sportinq" (41 xal) 3-cü, 40 xala malik "Səbail" 4-cü sıradadır.

Toğrul

Seçilən
14
1
fanat.az

2Mənbələr