AZ

Erməni idmançı təyyarədə rüsvay oldu: Qaydaları pozdu, uçuşdan qovuldu

UFC döyüşçüsü Arman Sarukyan gözlənilməz hadisə ilə gündəmə gəlib.

Fanat.Az xəbər verir ki, idmançı "American Airlines" hava yolları ilə həyata keçirəcəyi uçuş öncəsi təyyarədən endirilib.

Hadisəyə səbəb kimi Sarukyanın təyyarə qalxışa hazırlaşdığı anda stüardessaların xəbərdarlığına məhəl qoymayaraq telefonuna baxmağa davam etməsi göstərilir. Təhlükəsizlik qaydalarını pozduğu üçün heyət üzvləri tərəfindən uçuşdan kənarlaşdırılan döyüşçünün bu hərəkəti sosial mediada geniş müzakirələrə səbəb olub.

Döyüş meydanlarında rəqiblərinə aman verməyən Sarukyanın bu dəfə hava yolu qaydalarına "məğlub olması" azarkeşləri tərəfindən təəssüf və təəccüblə qarşılanıb.

Kamil Xudiyev

Seçilən
12
2
fanat.az

3Mənbələr