AZ

Bəhram Bağırzadə blogerləri məsxərəyə qoydu - “Bulvarda dərmişəm”

Əməkdar artist Bəhram Bağırzadə Dənizkənarı Milli Parkda gülləri əzən blogerləri məsxərəyə qoyub.

“Yeni Sabah” xəbər verir ki, aktyor paytaxtdakı gül dükanlarından birinin qarşısında əlində yasəmənlərlə görüntülənib.

Ondan gülün qiymətini soruşan şəxsə 20 manat olduğunu bildirib. Gülün niyə bu qədər ucuz olduğunu soruşduqda isə zarafatla “Bulvardan dərmişəm” cavabını verib.
Xatırlatma: bir neçə gün əvvəl Bakı bulvarında gülləri əzərək foto və video çəkdirən blogerlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.
Həmin blogerlərin rəsmi və sosial mediada tanındıqları adları aşağıdakılardır:
Selcan Vəlizadə (Seljanvalizada)
Lala Babayeva  (lalabva1)
Ad Soyad bəli deyil - (ismiiilaa)
Ad Soyadı bəlli olmayan bloger (Sada)
Nərmin Musayeva (Naramsyv)
Həmayıl Ələsgərova (Həmayıl)

Seçilən
4
2
yenilik.az

3Mənbələr