AZ

Sürücülük hüququ olmadan, üstəlik sərxoş vəziyyətdə - SAXLANILDI

Yazını böyüt
Yazını kiçilt

Qaradağ rayonu ərazisində yerləşən stasionar postda “VAZ” markalı avtomobilin sürücüsünə “Saxla” işarəsi verilsə də, o, tabesizlik göstərərək hərəkətini davam etdirib. Avtomobil Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Hafta.az-a verilən məlumata görə, araşdırma zamanı nəqliyyat vasitəsini idarə edən paytaxt sakini Coşqun Novruzovun sürücülük hüququnun olmaması, eləcə də alkoqollu içki qəbul etməsi müəyyən edildiyindən o, tibbi müayinədən keçməyə dəvət edilib.

Coşqun Novruzov məsuliyyətdən yayınmaq məqsədilə süni gərginlik yaratmağa calışsa da, istəyinə nail olmayıb.

Törətdiyi əməllərlə bağlı müvafiq sənədləşdirmə aparılaraq ərazi polis orqanına təhvil verilən Coşqun Novruzov inzibati məsuliyyətə cəlb edilib.

Baş Dövlət Yol Polisi İdarəsi qanunsuz hərəkətlərə yol verən şəxslərin məsuliyyətdən yayınmaq cəhdlərinin əbəs və hüquqazidd olduğunu bir daha xatırladır və belə hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.

Seçilən
10
13
hafta.az

10Mənbələr