AZ

Sumqayıtda toyda ölüm

Sumqayıt şəhərində yerləşən şadlıq evlərindən birində ölüm hadisəsi baş verib.
 
Moderator.az "Teleqraf"a istinadən xəbər verir ki, şəhər sakini, 1975-ci il təvəllüdlü Gülüstan Şahlar qızı Əhmədova toy mərasimində iştirak edərkən halı qəfil pisləşib.
 
Ona ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.
 
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
 
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır, ölümün səbəbləri müəyyənləşdirilir.
 
Seçilən
6
17
moderator.az

10Mənbələr