AZ

Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 370 milyon manata yaxın olub

Naxçıvan, 17 aprel, AZƏRTAC

Cari ilin yanvar-mart aylarında muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 369 milyon 924 min manat təşkil edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz çoxdur.

Ticarət şəbəkəsində 190 milyon 880 min 800 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 179 milyon 43 min 200 manatlıq qeyri-qida məhsulları satılıb.

Müxbir- Nail Əsgərov

Seçilən
7
2
azertag.az

3Mənbələr