AZ

Gürcüstan və Ermənistan spikerləri İstanbulda görüşdülər

BAKI, 17 aprel. TELEQRAF

Ermənistan parlamentinin sədri Alen Simonyan Parlamentlərarası İttifaqın İstanbulda keçirilən sessiyası çərçivəsində Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Həmsöhbətlər parlamentlərarası əməkdaşlıqla bağlı geniş məsələləri müzakirə ediblər.

Regional inkişaflarla bağlı məsələlərə, eləcə də ikitərəfli maraq doğuran digər mövzulara toxunulub.

Seçilən
21
teleqraf.com

1Mənbələr