AZ

Rusiya kütləvi HÜCUMA HAZIRLAŞIR - Sibiqadan XƏBƏRDARLIQ

Rusiya təxminən hər 4-5 gündən bir Ukrayna ərazisinə kütləvi hava zərbələri endirməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Antalya Diplomatiya Forumunda kəşfiyyat məlumatlarına istinadən bəyanat verib.

Nazir bildirib ki, kəşfiyyat məlumatları yaxın gələcəkdə belə genişmiqyaslı hücumların gözlənildiyini təsdiqləyir:

"Kəşfiyyatımızın məlumatına görə, onlar yaxın vaxtlarda bu cür kütləvi hücumlara hazırlaşırlar. Bizim reallığımızda kütləvi hücum ən azı 400 pilotsuz uçuş aparatı və ən azı 20 raketin birgə istifadəsi deməkdir. Məlumata görə, onlar bizə ayda yeddi dəfə hücum etməyi planlaşdırırlar".

Xatırladaq ki, Rusiya tərəfindən sonuncu analoji kütləvi hücum dünən həyata keçirilib.

Musavat.com

Seçilən
9
musavat.com

1Mənbələr