AZ

İstanbulda narkotik əməliyyatı - 19 nəfər saxlanıb

Türkiyədə narkotik satıcılarını hədəf alan əməliyyatda 19 şübhəli saxlanılıb.

Missiya.Az "Starhaber"ə istinadən xəbər verir ki, İstanbul Polis İdarəsi narkotik maddələrin istehsalı və ticarətinin qarşısını almaq məqsədilə "küçə satıcıları" kimi tanınan narkotik satıcılarını hədəf alan əməliyyat keçirib.

Texniki və fiziki müşahidədən sonra qruplar 19 şübhəlinin şəxsiyyətini və ünvanını müəyyən edərək Pendik, Ataşehir, Kartal, Çekmeköy, Ümraniye, Sancaktepe və Tuzlada eyni vaxtda əməliyyatlara başlayıblar.

Saxlanılan şübhəlilərin yaşadığı ünvanlarda aparılan axtarışlar zamanı narkotik maddələr müsadirə edilib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
24
missiya.az

1Mənbələr