AZ

“Heyət, infrastruktur cəhətdən bu komanda 11-ci olmağa layiq deyil” – hansı komanda?

26-cı turda “Kəpəz”i səfərdə məğlub edən “Qəbələ” 11-ci yerdən qurtulmaq, “İmişli” ilə xal fərqini minimala endirmək üçün yaxşı şans yaxalamışdı. “Qırmızı-qaralar” 27-ci turda doğma azarkeşləri önündə “İmişli”ni qəbul etdi. Amma gözlənilmədən məğlub oldular.

Son məğlubiyyətlə bağlı klubun əsas azarkeş qrupu “Red Black Army”nin rəhbəri Cavad Şərifli ilə əlaqə saxladıq. “Qəbələ” pley-off oynayıb, elitada qalsa, bunu uğurlu nəticə saymaq olarmı?

“Əvvəl yaxşı oynayır, qələbə qazana bilmirdik. İndi oyunlarda da sabitlik yoxdu. Çempionat sona yaxınlaşdıqca komandalar var gücü ilə oynayır. “İmişli” 14 tur qələbə qazanmasa da, son turda “Turan Tovuz”la heç-heçə etmişdi. “Qəbələ”nin həmin gün oyunu alınmadı, maraqsız matç alındı. Pley-off oynayıb çempionatda qalsaq, bu, uğursuzluq olacaq. Heyət, infrastruktur cəhətdən bu komanda 11-ci olmağa layiq deyil”.

MÜZƏFFƏR QULUZADƏ
Seçilən
23
1
football-plus.az

2Mənbələr