AZ

"Ciddə Qülləsi"nin ilk 100 mərtəbəsinin tikintisi başa çatıb

Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanı sadəcə İslam tarixi ilə deyil, həm də müasir tikinti-quruculuq məkanı kimi tanınır. O cümlədən, dünyanın ən hündür binası olacq "Ciddə Qülləsi"nin tikintisində də tarixi bir mərhələyə çatılıb.

Hafta.az yazır ki, Qırmızı dəniz sahilində ucalan məşhur göydələndə tikinti hazırda 100-cü mərtəbədə gedir.

İndi dünyanın ilk bir kilometr hündürlüyə çatan tikilisinin xəyalları artıq sadəcə plan deyil, gözümüzün önündə canlanan reallıqdır. Məlumata görə, qüllənin hazırkı hündürlüyü 402 metrdir, lakin yüzlərlə metr daha qalıb.

Əvvəllər "Krallıq Qülləsi" kimi tanınan bu layihə 2018-ci ildə müxtəlif səbəblərdən dayandırılıb. Lakin tikinti işləri 2025-ci ilin yanvar ayından etibarən tam gücü ilə bərpa olunub.

Layihənin memarları məşhur "Adrian Smith + Gordon Gill" memarlıq firmasıdır. Xatırladaq ki, bu yaradıcı komanda dünyanın ən hündür binası olan Dubaydakı Burj Xəlifə-ni layihələndirən eyni mütəxəssislərdən ibarətdir.

“Ciddə Qülləsi” həm də nəhəng Ciddə İqtisadi Şəhər kompleksinin ürəyi hesab olunur. Bu layihə Səudiyyə Ərəbistanını böyük qlobal biznes və turizm mərkəzinə çevirməyi hədəfləyir.

Tam başa çatdıqda hündürlüyü ən azı 1000 metr olacaq binanın tikinti işlərinin 2028-ci ilin yayında başa çatması gözlənilir. Bununla da, “Ciddə Qülləsi” Vision 2030 proqramı çərçivəsində Krallığın iqtisadi və texnoloji inkişafının simvolu olacaq.

Seçilən
11
hafta.az

1Mənbələr